Neymarın “Real”a qarşı oynaması sual altında
PSJ-nin futbolçusu Neymar Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununu buraxa bilər. Bunu Fransanın “Ekip” nəşri iddia edir.
Bildirilir ki, braziliyalı hücumçunun qarşılaşmada iştirak ehtimalı çox aşağıdır. Cənubi amerikalı forvard zədədən sonra bərpa dövrü keçir.
Onun “Real”la ilk qarşılaşmaya hazır olacağı inandırıcı görünmür. Cari mövsümdə Liqa1-də 10 matç keçirən Neymar 3 qola imza atıb. PSJ – “Real” oyunu fevralın 15-də baş tutacaq. Cavab görüşü martın 9-da keçiriləcək.