“Qarabağ” Azərbaycan kubokunun sahibi oldu

“Qarabağ” Azərbaycan kubokunun sahibi oldu

Bu gün Azərbaycan kubokunda mövsümə yekun vurulub. Qəbələ şəhər stadionunda keçirilən həlledici görüşdə “Qarabağ” “Zirə” ilə qarşılaşıb.

Final qarşılıqlı hücumlarla başlayıb. Artıq 17-ci dəqiqədə Coşqun Diniyevin fəallığı özünü göstərib. Milli komandamızın üzvü Ağdam klubunun müdafiəsindəki səhvdən yararlanaraq topu qazanıb. Onun ötürməsini Hamidu Keyta qolla tamamlayıb. Hesabın açılmasından sonra üstünlük tamamilə “Qarabağ”a keçib. İkinci yarının ortalarında ağdamlılar istəyinə çatıb. Abdullah Zubir 69-cu dəqiqədə bərabərlik qolunu vurub.

Qalibin adına 90 dəqiqədə aydınlıq gəlməyib. Əlavə vaxtda komandaların səylərinə baxmayaraq, nəticə dəyişməyib. Oyunsonrası penaltilər seriyasına müraciət olunub. Burada daha dəqiq olan “Qarabağ” rəqibini 4:3 hesabı ilə məğlub edərək Azərbaycan kubokunun qalibi olub.

ETOPAZ

Əvvəlki yazı

2009-dan sonra ilk dəfə

Növbəti yazı

Günün kuponu – 28.05.2022