“Qarabağ” Avropa Liqasının pley-offunda

“Qarabağ” Avropa Liqasının pley-offunda

Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulur. Təmsilçimiz “Qarabağ” HİK-in qonağı olub.

Görüş qarşılıqlı hücumlarla başlayıb. Meydan sahibləri erkən qol vurub. Lakin finlandiyalılar 17-ci dəqiqədə azlıqda qalıb. Hissənin sonlarında Toral Bayramov 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib. Matçda son nöqtəni 56-cı dəqiqədə Yassin Benzia qoyub – 2:1.

Bununla da, “Qarabağ” Avropa Liqasının pley-off mərhələsinə yüksəlib. Təmsilçimizin buradakı rəqibi Sloveniya “Olimpiya”sı olacaq. Həmin raundun görüşləri avqustun 24-31-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

UEFA ilin futbolçusu adına namizədləri açıqladı

Növbəti yazı

“Qarabağ” ardıcıl 10-cu dəfə qrup mərhələsində