“Qəbələ”dən yeni transfer

“Qəbələ”dən yeni transfer

“Qəbələ” heyətinə daha bir futbolçu qatıb. Bunu klubun mətbuat xidməti açıqlayıb.

Müdafiəçi Salman Ələsgərov yenidən “qırmızı-qaralar”ın formasını geyinəcək. 23 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Klubun akademiyasının yetirməsi olan Ələsgərov 2021-23-cü illərdə “Qəbələ-2”nin formasını geyinib. O, ötən mövsümdə “Şamaxı”nın uğurları üçün çalışıb. Salman karyerası ərzində “Səbail-2” və “Zaqatala”da da çıxış edib. Müdafiəçi Azərbaycanın U-18 millisinə də cəlb olunub.

Qeyd edək ki, “Qəbələ” bunadək qapıçı Müşfiq Nadirov, müdafiəçi Vüqar Həsənov və yarımmüdafiəçi Urfan İsmayılovu da heyətinə qatıb.

ETOPAZ

Əvvəlki yazı

Lukaku üçün 37 milyon

Növbəti yazı

“Şimal” məğlubiyyətlə başladı