Lukaku üçün 37 milyon
“Çelsi” Romelu Lukakunun transfer qiymətini müəyyənləşdirib. Klub hücumçunu 37 milyon funtdan aşağı satmaq niyyətində deyil.
Forvard “Milan” və “Napoli”nin maraq dairəsindir. O, son mövsümü icarə əsasında “Roma”da keçirib. Milan klubunun yeni baş məşqçisi Paulu Fonseka Romelunun ən pis halda icarəyə götürülməsində maraqlıdır.