PSJ-nin transfer hədəfi

PSJ-nin transfer hədəfi

Fransa PSJ-si transfer hədəfini müəyyənləşdirib. Parislilər İtaliya millisinin futbolçusu Nikolo Barellanı heyətinə qatmağa qərar verib.

Liqa1 təmsilçisi yarımmüdafiəçinin özü ilə danışıqlar apara bilmir. Çünki “İnter”lə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq Barella ilə təmasa keçmək üçün Milan klubunun razılığı zəruridir.

24 yaşlı futbolçu hazırda A seriyası təmsilçisi ilə yeni müqavilə ilə bağlı müzakirələr aparır. Tərəflər razılığa gəlməsə, PSJ Barella ilə bağlı danışıqlara qoşulacaq.

Hazırda ilə 2,5 milyon avro qazanan Nikolo bu rəqəmin 6 milyona çatdırılmasını istəyir. “İnter” yalnız 5 milyon ödəmək niyyətindədir. PSJ isə futbolçunun bütün tələblərini qarşılamağa razıdır.

ETOPAZ

Əvvəlki yazı

“Çikaqo”da iki ayrılıq

Növbəti yazı

Yari Litmanenin rekordu qırıldı