Yari Litmanenin rekordu qırıldı
Finlandiya millisinin futbolçusu Teemu Pukki yeni rekorda imza atıb. O, yığmanın tarixində ən çox qol vuran futbolçu olub.
Hücumçu DÇ-2022-nin seçmə mərhələsinin Qazaxıstanla oyununda (2:0) dubla imza atıb. Bununla da Pukkinin Finlandiya millisindəki qol sayı 33-ə çatıb.
İngiltərə “Norviç”ində çıxış edən forvard Yari Litmanenə məxsus rekordu arxada qoyub. Əfsanəvi finlandiyalı hücumçu 137 matçda 32 qola imza atıb. Pukki isə 93 qarşılaşmada 33 dəfə fərqlənib.