Portuqaliya DÇ-2022-yə çıxmasa, Santuş istefa verəcək
Portuqaliya millisi DÇ-2022-yə vəsiqə qazana bilməsə, baş məşqçi Fernandu Santuş vəzifəsini tərk edəcək. Bunu 67 yaşlı mütəxəssisin özü açıqlayıb.
O bildirib ki, yığma pley-off səddini adlamasa, istefa verəcək: “Əgər biz dünya çempionatına çıxmasaq, mən gedəcəyəm. Amma bu mövzuda danışmağa dəyməz. Pley-offu keçəcəyimizə şübhə etmirəm”.
Qeyd edək ki, Santuşun müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.