İlk ispaniyalı
Qadın tennisçilər arasında ilin yekun turniri başa çatıb. Finalda ispaniyalı Qarbinye Muqurusa və estoniyalı Anett Kontaveyt qarşılaşıb. Meksikanın Qvadalaxara şəhərindəki turnirin qalibi adını Qarbinye qazanıb.
Dünyanın 5-ci raketkası iki setdə qələbə əldə edib – 6:3, 7:5. Görüş 1 saat 39 dəqiqə sürüb.
Bu, 28 yaşlı tennisçinin “WTA Finals”da ilk tituludur. O, buna nail olan ilk ispaniyalı qadın tennisçidir.
Qeyd edək ki, turnirin mükafat fondu 5 milyon dollar təşkil edib.