Fernandu Santuş: “Əsas problemimiz odur ki, intensiv oynaya bilmirik”
Poqba ili bitirdi
“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqbanın durumuna aydınlıq gəlib. Fransalı futbolçu bu il yaşıl meydanlardan kənar qalacaq.
Buna səbəb Polun millinin məşqi zamanı sağ budundan zədələnməsidir. Həkimlər onun ən azı 6 həftə kollektivdən uzaq qalacağını açıqlayıb.
28 yaşlı orta sahə oyunçusu Fransa və ya İngiltərədə reabilitasiya keçməyəcək. O, fərdi məşqçisi ilə Birləşmiş Ərəb Əmirliklərinə yollanacaq. Qeyd edək ki, 2016-cı ildən “Mançester Yunayted”in formasını geyinən Pol Poqba cari mövsüm İngiltərə Premyer Liqasında 9 oyun keçirib, 7 məhsuldar ötürmə verib.