“Portlend” arenaya giriş şərtlərini açıqladı

“Portlend” arenaya giriş şərtlərini açıqladı


“Portlend” NBA-nın yeni mövsümündə azarkeşlərin tribunaya buraxılması şərtlərini açıqlayıb. Klub rəhbərliyi ev oyunlarında koronavirus pandemiyasını nəzərə alaraq müvafiq qərar verib. Arenaya yalnız vaksinasiyadan keçmiş və ya son 72 saat ərzində verilən testin mənfi nəticəsi barədə rəsmi sənəd təqdim edən tamaşaçılar buraxılacaq. Bu, 12 yaşdan yuxarı şəxslərə şamil olunacaq.
Portlend təmsilçisi yeni mövsümün ilk oyununu oktyabrın 20-də keçirəcək. “Bleyzers”in rəqibi “Sakramento” olacaq.

ETOPAZ

Əvvəlki yazı

Konfrans Liqasında qrup mərhələsinin püşkü atıldı

Növbəti yazı

Mitroviç “Fulhem”də qaldı