Poçettino “Tottenhem”lə danışıqlara başladı

Poçettino “Tottenhem”lə danışıqlara başladı

“Tottenhem”in baş məşqçi postuna gətirmək istədiyi mütəxəssis bəlli olub. Premyer Liqa klubu sabiq çalışdırıcısı Maurisio Poçettinonu geri qaytarmağa qərar verib.

Argentinalı mütəxəssislə danışıqlar başlayıb. O, mövsümün sonunda müqaviləsi bitdikdən sonra postunu tərk edəcək Antonio Konteni əvəzləməlidir.

Əgər Poçettino ilə danışıqlar müsbət nəticə verməsə, İngiltərə təmsilçisi Tomas Tuxel variantını gerçəkləşdirməyə çalışacaq. Hazırda hər iki məşqçi klubsuz olduğu üçün onlardan birinin klubun “sükanı arxası”na keçəcəyi gözlənilir.

ETOPAZ

Əvvəlki yazı

“Bavariya” transferlərini bitirib

Növbəti yazı

PSJ tarixində ilk