Pley-offun püşkünü gözləyənlər
Avropa Liqasında pley-offda iştirak edəcək bütün komandalar müəyyənləşib. Bu mərhələnin püşkü dekabrın 13-də atılacaq.
Bakı vaxtı ilə saat 16:00-da başlayacaq tədbirdə 16 komanda 8 cüt təşkil edəcək. Püşkatmada qrup ikinciləri səpələnmiş olacaq. Çempionlar Liqasından 3-cü yer sahibi kimi gələnlər səpələnməmişlər səbətində yer alacaq.
Səpələnmişlər
“Betis”
“Braqa”
“Dinamo” Zaqreb
“Latsio”
“Napoli”
“Olimpiakos”
“Reyncers”
“Real Sosyedad”
Səpələnməmişlər
“Atalanta”
“Barselona”
“Borussiya” Dortmund
“Leypsiq”
“Porto”
“Sevilya”
“Şerif”
“Zenit”