Pley-off tarixində ikinci
“Qolden Steyt” pley-offun ikinci mərhələsinin “Memfis”lə üçüncü oyununda 142:112 hesabı ilə qalib gəlib. Bu görüşdə oyundan 84 atış edən komanda 53 dəfə dəqiq olub.
“Uorriors”un dəqiqlik faizi 63,1 faiz təşkil edib. Bu, NBA-nın tarixində pley-off mərhələlərinin ikinci ən yaxşı göstəricisidir.
Cərimələri də nəzərə almaqla bütün atışların dəqiqlik faizi isə 76,1 faizə bərabər olub. Bu da pley-offda tarixin ikinci nəticəsidir.