“Arsenal”ın ikincisi
İngiltərə Premyer Liqasının 36-cı turunda “Lids”i qəbul edən “Arsenal” 2:1 hesabı ilə qalib gəlib. London təmsilçisinin hər iki qoluna Edvard Nketia imza atıb.
Hücumçu erkən qollarla dubl müəllifi olub. O, öncə 5-ci, ardınca 10-cu dəqiqədə qonaqların qapısına yol tapıb.
22 yaşlı ingiltərəli forvard “Arsenal”ın tarixinə Premyer Liqa matçının ilk 10 dəqiqəsində 2 qol vuran ikinci futbolçu kimi düşüb. Nketiaya qədər buna Nvankvo Kanu nail olub. O, 2002-ci ilin oktyabrında “Sanderlend”lə görüşün ilk 10 dəqiqəsində iki dəfə fərqlənib.