Pino La Liqa tarixinə düşdü

Pino La Liqa tarixinə düşdü

“Vilyarreal”ın hücumçusu Yeremi Pino La Liqanın XXVI turunun “Espanyol”la oyununda pokerə imza atıb. Gənc forvard komandasının 5:1 hesablı qələbəsinə 4 qolla töhfə verib.

19 yaş 130 günlüyündə bunu bacaran Pino İspaniya çempionatları tarixində pokerə imza atan ən gənc dördüncü oyunçu olub. O, bu baxımdan yalnız Xose İraraqorri (17 yaş 344 gün – 1930-cu il), Xayme Laskano (19 yaş 42 gün – 1929) və Santi Minadan (19 yaş 125 gün – 2015) geri qalır.

Qarşılaşmanın ilk yarısında rəqibi 3 dəfə məyus edən İspaniya millisinin üzvü çempionat tarixində birinci hissədə het-trikə imza atan ən gənc futbolçu olub. Pino 1947-ci ilin martında – 19 yaş 157 günlüyündə “Atletiko”nun heyətində bunu bacaran Adrian Eskuderonun rekordunu yeniləyib.

Pino eyni zamanda “Vilyarreal”ın heyətində La Liqanın bir oyununda 4 qol qol vuran ilk oyunçudur.

ETOPAZ

Əvvəlki yazı

FİFA-dan Rusiyaya sanksiyalar

Növbəti yazı

“Liverpul” “Mançester Siti”ni arxada qoydu