FİFA-dan Rusiyaya sanksiyalar

FİFA-dan Rusiyaya sanksiyalar

FİFA Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Ali futbol qurumu bu barədə məlumat yayıb.

Bildirilib ki, Rusiyada beynəlxalq səviyyəli oyunlar keçirilməsinə qadağa qoyulub. Rusiyanın milli komandası ev matçlarına neytral meydanda çıxacaq və azarkeşsiz mübarizə aparacaq. 

Həmçinin yığma beynəlxalq yarışlarda Rusiya adı altında deyil, Rusiya Futbol İttifaqı adı ilə qüvvəsini sınayacaq. Qarşılaşmalardan öncə dövlət himni səsləndirilməyəcək və Rusiya bayrağının dalğalanmasına icazə verilməyəcək.  

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 28.02.2022

Növbəti yazı

Pino La Liqa tarixinə düşdü