“Liverpul” “Mançester Siti”ni arxada qoydu

“Liverpul” “Mançester Siti”ni arxada qoydu

“Liverpul” klubu tarixində 9-cu dəfə İngiltərə Liqa kubokunun qalibi olub. “Qırmızılar” finalda “Çelsi”ni məğlubiyyətə uğradıb. “Uembli” stadionunda keçirilən qarşılaşmanın əsas və əlavə vaxtı qolsuz tamamlanıb. Uzun çəkən penaltilər seriyasında isə “Liverpul” qələbə qazanıb – 11:10. Zərbəni dəqiq yerinə yetirə bilməyən yeganə oyunçu “Çelsi”nin qapıçısı Kepa Arrizabalaqa olub.

Beləliklə, “Liverpul” Liqa kubokunu sayında “Mançester Siti”ni üstələyərək, birinci yerə çıxıb.

ETOPAZ

Əvvəlki yazı

Pino La Liqa tarixinə düşdü

Növbəti yazı

Albaniya da Rusiya ilə oynamaqdan imtina etdi