Pepe Türkiyə ilə matçı buraxacaq

Pepe Türkiyə ilə matçı buraxacaq

Portuqaliya millisi itki ilə üzləşib. DÇ-2022-nin pley-offunda Türkiyə ilə qarşılaşacaq olan komandanın təcrübəli oyunçusu matçı buraxmalı olacaq.

“Porto”nun müdafiəçisi Pepe bu matçda komandasına kömək edə bilməyəcək. Buna futbolçunun koronavirusa yoluxması səbəb olub. O, martın 24-dəki görüşdə iştirak etməyəcək.

Pepenin əvəzinə yığmaya “Lill”in müdafiəçisi Tyaqo Calo çağırılıb. Həmçinin “Lion”un qapıçısı Antoni Ledeşi “Vulverhempton”dan Joze Sa əvəzləyib.
 

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 23.03.2022

Növbəti yazı

Vlahoviç millinin düşərgəsindən ayrıldı