Ozan Tufan yeni klubu ilə anlaşdı

Ozan Tufan yeni klubu ilə anlaşdı

“Fənərbaxça”nın futbolçusu Ozan Tufan mövsümün sonunda komandasını dəyişməyə hazırlaşır. Heyətdən uzaqlaşdırılan yarımmüdafiəçinin yeni klubu da böyük ölçüdə məlumdur.

27 yaşlı orta sahə oyunçusu əzəli rəqib “Beşiktaş”la ilkin razılıq əldə edib. Ancaq bu transfer “Uotford”un İngiltərə Premyer Liqasında tutacağı yerdən asılıdır. Çünki klublar arasında anlaşmaya əsasən, hazırda 19-cu yerdə gedən “Uotford” elitada qalsa, yayda 7 milyon avroya Ozanı transfer etmək məcburiyyətində olacaq. Əks təqdirdə, oyunçu “Fənər”də qalacaq.

Ancaq “sarı-lacivərdlilər” də onu komandada saxlamaqda maraqlı deyil. Futbolçu özü “Beşiktaş”la anlaşmasına baxmayaraq, “Fənər” rəhbərliyi onun yalnız 4,5 milyon avro qarşılığında İstanbulun digər nəhənginə keçidinə razılıq verəcək.

Qeyd edək ki, Ozan Tufanın “Fənərbaxça” ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir.

ETOPAZ

Əvvəlki yazı

Matiç “Yunayted”i tərk edəcək

Növbəti yazı

“Milan”da 4 illik müqavilə