Obameyanq “Barselona”da

Obameyanq “Barselona”da

Pyer-Emerik Obameyanq “Barselona”ya keçidi rəsmiləşib. Bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.

Qabonlu hücumçu 3,5 illik müqavilə imzalayıb. O, 2025-ci ilin yayına qədər La Liqa klubunda çıxış edəcək.

İngiltərə “Arsenal”ı ilə müqaviləsinə qarşılıqlı razılıqla xitam verilən Obameyanq “Barselona”ya azad agent kimi keçib. Onun müqaviləsində sərbəst qalma məbləği kimi 100 milyon avro göstərilib. Qabonlu cari mövsüm Premyer Liqanın 14 matçında 4 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

Suares Messini keçdi

Növbəti yazı

Braziliyadan rekord