Braziliyadan rekord

Braziliyadan rekord

Braziliya yığması dünya çempionatlarının seçmə mərhələlərindəki məğlubiyyətsizlik seriyasını 32-yə çatdırıb. “Pentakampeonlar” KONMEBOL zonası üzrə seçmə mərhələnin XVI turunda Paraqvaya 4:0 hesabı ilə qalib gəlib.

Bununla da məğlubiyyətsizliyi 32-yə yüksəldən sambaçılar Cənubi Amerika rekorduna imza atıb. Əvvəlki rekord da Braziliyaya məxsus idi. Onlar 1993-cü ildə rəsmiləşən seriya zamanı 31 görüşdə uduzmayıb. Dünya rekordu İspaniyaya məxsusdur. 1993-2021-ci illərdə İspaniya dünya çempionatının 66 seçmə matçında məğlub olmayıb.

ETOPAZ

Əvvəlki yazı

Obameyanq “Barselona”da

Növbəti yazı

Uilşir Fransa klubuna lazım olmadı