“Nyukasl”ın hədəfindəki müdafiəçi

“Nyukasl”ın hədəfindəki müdafiəçi


İngiltərənin “Nyukasl” klubu transfer çalışmalarına davam edir. “Sağsağanlar”ın Səudiyyə Ərəbistanından olan yeni sahibkarları qış transfer pəncərəsində heyəti gücləndirmək niyyətindədir.

Premyer Liqa təmsilçisinin transfer siyahısında adı olan oyunçulardan biri bəlli olub. Nyukasl klubu Kiran Trippyeri heyətinə qatmaq istəyir.

31 yaşlı ingiltərəlinin İspaniya “Atletiko”sundan transferi ilə bağlı danışıqlara start verilib. Müqaviləsi 2023-cü ilin yayında başa çatacaq arxa xətt oyunçusunun transfer qiyməti 20 milyon avrodur.

Xatırladaq ki, müdafiəçi cari mövsüm bütün turnirlərdə 15 matçda “Atletiko” forması geyinib.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 09.11.2021

Növbəti yazı

“WTA Finals”ın püşkü atılıb