“WTA Finals”ın püşkü atılıb
Qadın tennisçilər arasında ilin yekun turnirinin püşkü atılıb. Qvadalaxarada keçiriləcək “WTA Finals”ın qrupları müəyyənləşib. Builki qruplar Meksikanın qədim şəhərləri Çiçen-İtsa və Teotihuakan adlanır.
Çiçen-İtsa qrupunda Arina Sobolenko, Mariya Sakkari, İqa Şventek və Paula Badosa, Teotihuakan qrupunda isə Barbora Kreyçikova, Karolina Plişkova, Qarbiniye Muqurusa və Anett Kontaveyt yer alıb.
Qeyd edək ki, qrup oyunlarına sabah start veriləcək.