Niderlandda 5 qol, İngiltərədə sülh

Niderlandda 5 qol, İngiltərədə sülh

Konfrans Liqasında yarımfinal mərhələsinə start verilib. İlk görüşlər çərçivəsində “Feyenoord” “Marsel”i, “Lester” “Roma”nı qəbul edib.

Niderlandda keçirilən matçda 5 qol vurulub. Meydan sahibləri 18 və 20-ci dəqiqələrdə fərqlənərək hesabda önə çıxıb. Qonaqların cavabı 28-ci dəqiqədə gəlib. 40-cı dəqiqədə isə Cerson səhnəyə çıxıb – 2:2. Matçda son nöqtəni Sayrel Dessers qoyub. O, 46-cı dəqiqədə özünün 2-ci komandasının üçüncü qolunu vurub. Bununla da, meydan sahibləri 3:2 hesabı ilə qələbə qazanıb.

İngiltərədə baş tutan görüşdə isə hesab erkən açılıb. 15-ci dəqiqədə Lorenzo Peleqrini italiyalıları hesabda önə çıxarıb. İkinci hissədə hücumlarını artıran meydan sahibləri istəyinə çatıb. 67-ci dəqiqədə Canluka Mançini avtoqola imza atıb – 1:1.

Qeyd edək ki, cavab görüşləri mayın 5-də keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Almaniya klublarından qələbə

Növbəti yazı

Günün kuponu – 29.04.2022