“Neftçi” yenə qələbə qazana bilmədi

“Neftçi” yenə qələbə qazana bilmədi

Azərbaycan Premyer Liqasında VIII tur davam edir. Bu gün daha bir matç baş tutub.

“Neftçi” “Sumqayıt”ı qəbul edib. Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Hesab ikinci yarıda açılıb. Cordan Rezabala qonaqları hesabda önə keçirib. Lakin çox keçmədən Yuri Matias oyuna bərabərlik gətirib – 1:1.

Bununla da, “ağ-qaralar”ın qalibiyyətsiz oyunları seriyası davam edib. Komanda bu mövsüm keçirdiyi 8 matçda qələbə üzünə həsrətdir.

ETOPAZ

Əvvəlki yazı

Vüqar Həşimov Memorialına yekun vuruldu

Növbəti yazı

Osimhen “Qalatasaray”da qol hesabını açdı