“Neftçi” və “Sabah”dan qələbə

“Neftçi” və “Sabah”dan qələbə

Azərbaycan Premyer Liqasında 22-ci tura start verilib. 4-cü dövrənin ilk günündə 2 matç baş tutub.

“Neftçi” Şamaxıda eyniadlı komandanın qonağı olub. “Keşlə” “Şamaxı” adı altında ilk matçına fəal başlayaraq Rəhman Hacıyevin qolu ilə hesabı açıb. Son çempion ikinci hissədə oyunda dönüş yaradıb. Tyaqo Bezerra və Ramon Maçado bakılılara qələbə gətirən qollara imza atıb.

Turun mərkəzi görüşündə “Sabah” “Zirə”ni qəbul edib. İlk yarıda Lukas Rangel meydan sahiblərini hesabda önə çıxarıb. Fasilədən sonra Hamidu Keyta hesabda tarazlıq yaratsa da, “Sabah” daha iki qol vuraraq üç xal qazanıb. Coy-Lens Mikels və Xulio Sezar Rodriges fərqlənib.

Qeyd edək ki, tura sabah keçiriləcək “Sumqayıt” – “Qarabağ” və “Səbail” – “Qəbələ” matçları ilə yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

25 milyonluq transfer

Növbəti yazı

Günün kuponu – 10.04.2022