Günün kuponu – 10.04.2022
“Mançester Siti” – “Liverpul” – QOL/QOL
Premyer liqa liderlərinin dueli, bəlkə də çempionluğun taleyini həll edəcək qarşılaşma. Həftəiçi ÇL-dən komandalar fərqli durumda qayıtdı. “Mançester Siti” “Atletiko” qarşısında çox güc sərf edərək çətinliklə qələbə qazandı (1:0).
“Liverpul” isə “Benfika” matçını nisbətən rahat keçirdi. Hər iki kollektiv mövsümün ən yaxşı komandalarını. Məhsuldarlıq nümayiş etdirirlər. Çox prinsipial olan bu oyunda hər hansı bir komandanın əminliklə qalib gələcəyini demək düz olmaz. Ona görə daha az risk tələb edən qol-qol variantını seçirəm.
“Marsel” – “Monpelye” – 1
2-ci pillədə qərarlaşan “Marsel”in 30 oyuna 16 qələbə, 8 heç-heçə, 6 məğlubiyyəti var. Orta hesabla hər oyunda 1,6 qol vurur, 1,0 buraxır. “Monpelye”nin 30 oyunda 12 qələbə, 5 heç-heçə, 13 məğlubiyyəti var. Məncə, “Marsel” favorit statusunu doğruldaraq bu görüşdə qələbə qazanacaq.
“Sassuolo” – “Atalanta” – QOL/QOL
10-cu yerdə gedən “Sassuola”nın 31 oyunda 11 qələbə, 10 heç-heçə və 10 məğlubiyyəti var. Oyunlarda orta hesabla 1,8 qol vurur, 1,6 buraxır.
“Atalanta” isə 30 oyunda 14 qələbə, 9 heç-heçə və 7 məğlubiyyət.
Hər oyuna vurduqları qolların faizi 1,7 buraxdığı isə 1,1-dir.
Hər iki komandanın məhsuldar oyunu diqqət çəkir. nümayiş etdirilir. Proqnozum qol-qoldur.