NBA tarixinin ikincisi

NBA tarixinin ikincisi

Lebron Ceyms NBA tarixində ən çox xal yığan oyunçuların siyahısında ikinci pilləyə yüksəlib. “Leykers”in ulduzu buna “Vaşinqton”la qarşılaşmada nail olub. O, xal hesabını 36 min 947-yə çatdırıb.

Lebron bu göstəricidə Karl Melounu arxada qoyub. 36 min 928 xala malik Meloun 3-cü pilləyə enib.

Ceyms NBA karyerasında 1363 oyun keçirib. “Yuta”nın sabiq basketbolçusu isə 1476 dəfə meydana çıxıb.

Qeyd edək ki, mütləq rekord Kərim Əbdül-Cabbara məxsusdur. O, 38 min 387 xal yığıb.

ETOPAZ

Əvvəlki yazı

“Milan” “10”a çatdı

Növbəti yazı

Ardıcıl 20-ci qələbə