“Napoli”dən Politano qərarı

“Napoli”dən Politano qərarı

“Napoli” daha bir futbolçusu ilə müqaviləni yeniləməyə hazırlaşır. Neapol klubu vinger Matteo Politanonun klubda qalmasına çalışır.

İtaliya millisinin də şərəfini qoruyan sağ çinah müdafiəçisi özü də komandada qalmağın əleyhinə deyil. 30 yaşlı futbolçu ilə yeni razılaşmanın yaxın günlərdə imzalanacağı bildirilir.

Qeyd edək ki, “Napoli” ilə anlaşması 2025-ci ilin yayında başa çatacaq Politano bu mövsüm meydana çıxdığı 15 qarşılaşmada 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ”la “Neftçi”nin dünya reytinqindəki mövqeyi açıqlandı

Növbəti yazı

“Sumqayıt”dan əzmkar qələbə