“Napoli” mübarizəni dayandırdı

“Napoli” mübarizəni dayandırdı

İtaliya kubokunun 1/8 final mərhələsi sensasiya ilə əlamətdar olub. A seriyasının autsayderi “Kremoneze” çempionatın lideri “Napoli”ni mübarizədən kənarlaşdırıb.

2:2 hesabı ilə başa çatan qarşılaşmanın taleyini penaltilər seriyası həll edib. 5:4 hesablı qələbə autsayderə tarixində 3-cü uğuru gətirib.

“Kremoneze” yalnız 3-cü dəfə 1/4 finala adlayıb. Sonuncu belə uğur 1996/97 mövsümündə qeydə alınıb. 

“Pələnglər”in rekordu isə 1986/97 mövsümündə gerçəkləşib. Həmin vaxt komanda yarımfinala qədər irəliləyib.

ETOPAZ

Əvvəlki yazı

Suarez het-triklə başladı

Növbəti yazı

Günün kuponu – 19.01.2023