Muqurusanı gözləyən ardıcıl 4 turnir

Muqurusanı gözləyən ardıcıl 4 turnir

Dünyanın 6-cı raketkası Qarbinye Muqurusa ardıcıl 4 turnirdə çıxış edə bilər. O, Kluj-Napokada təşkil olunacaq yarışa “vild card” götürüb.

Bu turnir oktyabrın 25-də start götürəcək. Muruqusa oktyabrın 18-24-də Moskvada, 25-31-də Kluj-Napokada, noyabrın 1-6-da Billi Cin Kinq kubokunda qüvvəsini sınayacaq.

O, ilin yekun turnirinə vəsiqə qazansa, Qvadalaxarada da korta çıxacaq. Bu yarış noyabrın 10-17-də baş tutacaq.

ETOPAZ

Əvvəlki yazı

Paraqvay millisi baş məşqçisi ilə vidalaşdı

Növbəti yazı

Poqba “Barselona”ya təklif olundu