Mourinyo ”Atletiko”da
“Atletiko” heyətini gücləndirməyə davam edir. İspaniya təmsilçisi uruqvaylı müdafiəçi Alvaro Mourinyonu transfer etdiyini açıqlayıb.
Ölkəsinin “Rasinq” klubundan alınan 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. O, Uruqvayın aşağı yaş qruplarından ibarət milli komandalarında 14 matçda iştirak edib.