Millimizin heyəti bəlli oldu

Millimizin heyəti bəlli oldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi üçün heyəti müəyyənləşib. Yığmanın heyətində 25 futbolçu yer alıb.

Milli oktyabrın 7-də Şimali İrlandiya və İngiltərə yığmalarına qarşı keçiriləcək səfər oyunlarının təlim-məşq toplanışına yığışacaq. U-21 oktyabrın 12-də, Bakı vaxtı ilə saat 18:00-da Belfastda Şimali İrlandiya, oktyabrın 15-də, saat 22:30-da isə Bristolda İngiltərə seçməsi ilə qarşılaşacaq.

Qeyd edək ki, F qrupunda yer alan komandamız oktyabrın 8-də Şimali İrlandiyaya yola düşəcək.

U-21-in heyəti:

S.Ad/SoyadKlub
1Rəvan KazımovNeftçi
2Xəyal FərzullayevSumqayıt
3Rüstəm SamiqullinNeftçi
4Süleyman DamadayevQəbələ
5Seymur MəmmədovSabah
6Emin RüstəmovSəbail
7Cəlal HüseynovArda Kardzali (Bolqarıstan)
8Eşqin ƏhmədovQəbələ
9Abdulla RzayevSabah
10Rüfət ƏhmədovTuran Tovuz
11Rüfət AbbasovŞamaxı
12Mahir HəsənovKəpəz
13Qurban SəfərovŞamaxı
14Mirəli ƏhmədovMOİK
15Rauf RüstəmliŞamaxı
16Emil SəfərovNeftçi
17Xəyal ƏliyevSabah
18Murad VəliyevNomme United (Estoniya)
19Fərid YusifliTuran Tovuz
20Şahin ŞahniyarovQəbələ
21Zeynəddin AbdurahmanovCəbrayıl
22Samir MəhərrəmliCəbrayıl
23Nəriman AxundzadəQarabağ
24Samir AbdullayevSəbail
25Ağadadaş SalyanskiyNeftçi

ETOPAZ

Əvvəlki yazı

Masazırda qollu bərabərlik

Növbəti yazı

PAOK-dan sərt cərimələr