Millimiz “Azersun Arena”nı seçdi

Millimiz “Azersun Arena”nı seçdi

Azərbaycan millisinin hazırlıq planı dəqiqləşib. Baş məşqçi Fernandu Santuş hazırlıq keçmək üçün stadionu da müəyyənləşdirib.

Millimiz sentyabrın 2-də və 3-də, saat 18:00-da “Azersun Arena”da məşq keçəcək. Sentyabrın 4-də, saat 19:00-da isə Tofiq Bəhramov adına Respublika Stadionunda oyunöncəsi son məşq olacaq.

Komanda İsveç yığması ilə oyundan bir gün sonra – sentyabrın 6-da, saat 16:00-da Slovakiyanın Koşitse şəhərinə yola düşəcək. Baş məşqçi Fernandu Santuş komandanı sentyabrın 7-də, Bakı vaxtı ilə saat 20:00-da Koşitse Futbol Arenasında Slovakiya seçməsi ilə oyunöncəsi son məşqə çıxaracaq. Sentyabrın 8-də baş tutacaq qarşılaşmadan sonra komanda Bakıya yola düşəcək.

Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda İsveç yığması ilə, sentyabrın 8-də isə Koşitse Futbol Arenasında Slovakiya seçməsi ilə qarşılaşacaq. Hər iki oyun eyni vaxtda – saat 20:00-da başlayacaq.

ETOPAZ

Əvvəlki yazı

“Everton”dan yeni transfer

Növbəti yazı

Sterlinq “Arsenal”da