“Milan”ın yeni hədəfi

“Milan”ın yeni hədəfi

“Milan” yay transfer pəncərəsi üçün əsas hədəfini müəyyənləşdirib. İtaliya klubu Noa Lanqı almağa qərar verib.

Belçika “Brügge”sində çıxış edən niderlandlı vinger İngiltərə klublarının da maraq dairəsindədir. “Milan” rəhbərliyi 22 yaşlı istedadın keçidi ilə bağlı danışıqlara başlamağa hazırlaşır. Niderland yığmasının formasını geyinən Lanq bir müddət “Ayaks”ın şərəfini qoruyub.

ETOPAZ

Əvvəlki yazı

“Çelsi”nin Maunt planı

Növbəti yazı

Kyellini 3-4 həftə oynamayacaq