Kyellini 3-4 həftə oynamayacaq

Kyellini 3-4 həftə oynamayacaq

“Yuventus”un futbolçusu Corco Kyellininin durumuna aydınlıq gəlib. Tibbi müayinədən sonra müdafiəçisinin sol ayağının aşağı hissəsində zədə aşkarlanıb.

37 yaşlı arxa xətt oyunçusu bir müddət həftə meydanlardan kənar qalacaq. Onun 3-4 həftədən tez hazır olacağı inandırıcı görünmür. Kyellini “Atalanta” və “Torino” ilə çempionat, “Vilyarreal”la Çempionlar Liqasının ilk görüşünü buraxacaq.

ETOPAZ

Əvvəlki yazı

“Milan”ın yeni hədəfi

Növbəti yazı

Salah “tülkülər”i gözləyir