“Milan”dan 4 illik təklif

“Milan”dan 4 illik təklif

“Milan” yayda heyətinə yeni hücumçu qatmağı planlaşdırır. İtaliya klubunun əsas hədəfi Divok Oriqidir.

Mövsümün sonunda “Liverpul”la müqaviləsi başa çatacaq belçikalı hücumçu azad agent statusu alacaq. Milanın eyniadlı təmsilçisi forvarda 4 illik müqavilə təklif edib.

İtaliyalılar Oriqiyə ildə 3,5 milyon avro maaş verməyə hazırdır. Cari mövsümün 14 matçında 5 qol vuran 26 yaşlı hücumçunun agenti ilə danışıqlar davam edir.

ETOPAZ

Əvvəlki yazı

Şventeklə Sakkari “Top-3”də

Növbəti yazı

Kuman milliyə qayıdır