“Milan” Leaonu heyətində saxlamağa çalışır

“Milan” Leaonu heyətində saxlamağa çalışır

“Milan” Rafael Leao ilə müqavilənin uzadılmasıyla bağlı danışıqlar aparır. Futbolçu maaş olaraq ən azı 7 milyon avro almaq istəyir.

22 yaşlı portuqaliyalıya “Real”, PSJ və “Mançester Siti” də iddia edir. Bununla belə, “Milan” futbolçu ilə ayrılmaq fikrində deyil, ona görə də müqavilənin uzadılması ilə bağlı danışıqları davam etdirir.

Daha əvvəl Leao və onun agenti Yorge Mendes 7 milyon istəyərək illik 4,5 milyon avro maaş olan müqaviləni rədd etmişdilər. Bununla belə, milanlılar 6 milyon ödəməyə hazırdır.

Forvardın hazırkı müqaviləsi iki ildən sonra başa çatır. O, 2021-22 mövsümündə 42 oyunda 14 qol vurub və 12 məhsuldar ötürmə edib.

ETOPAZ

Əvvəlki yazı

15-ci dəfə yarımfinalda

Növbəti yazı

“Arsenal”da ayrılıq