Mikautadze Beylin göstəricisini təkrarladı

Mikautadze Beylin göstəricisini təkrarladı

Georgi Mikautadze Avropa çempionatının tarixinə düşüb. O, buna Çexiya ilə matçda qol vuraraq imza atıb.

Gürcüstan millisinin hücumçusu komandasının ilk iki oyununun hər birində qol vuraraq uelsli Qaret Beylin nəticəsini təkrarlayıb. Forvard bunu Türkiyə və Çexiya ilə matçlarda edib. Uelsli isə 2016-cı ildə slovaklara və ingilislərə qarşı oyunların hərəsində bir qol vurub. Ancaq Beyl həmin il qitə çempionatında debüt edən komandasının Rusiya ilə 3-cü oyununda da fərqlənib. Mikautadze bu tarixi uğuru təkrarlamaq üçün indi Portuqaliya ilə matçda da qol vurmalıdır.

ETOPAZ

Əvvəlki yazı

Naço Ərəbistan yolunda

Növbəti yazı

Günün şansı – 24.06.2024