Mecik Consonun forması 1,5 milyona satıldı

Mecik Consonun forması 1,5 milyona satıldı


NBA-nın əfsanəsi Mecik Consonun oyun geyimi satılıb. “Heritage Auctions”a çıxarılan geyim 1,5 milyon dollara satılıb. Bu, Consonun 1980-ci ildə NBA-nın finalının 6-cı oyununda geyindiyi və basketbolçu tərəfindən imzalanmış maykadır. Həmin vaxt “Leykers”in debütantı olan Mecik komandasını tarixinin 7-ci çempionluğuna daşımışdı. Onun 42 xal topladığı görüşdə 123:107 hesabı ilə qalib gələn Los-Anceles təmsilçisi 8 ildən sonra çempion adını qazanıb.
Xatırladaq ki,digər əfsanə Maykl Cordanın Şimali Karolina Universiteti komandasında daşıdığı forma bir müddət əvvəl 1,38 milyona satılmışdı.

ETOPAZ

Əvvəlki yazı

Eynsli “Arsenal”dan gedir

Növbəti yazı

PSJ-yə keçməkdən imtina etdi