Mbappeyə xüsusi təklif

Mbappeyə xüsusi təklif

Fransa millisinin və PSJ-nin futbolçusu Kilian Mbappe gözlənilməz təklif alıb. Xizək yarışlarında ikiqat olimpiya çempionu olan norveçli Petter Nortuq sürəti ilə seçilən hücumçunu özünü bu idman növündə sınamağa çağırıb.

Skandinaviyalı Mbappeni üç həftədən sonra baş tutacaq “Janteloppet” adlı tədbirdə görmək istəyir. Bu turnirin təşkilatçısı olan Nortuq Kiliana bir dostunu da özü ilə gətirmək və start xəttində bonuslar qazanmaqla şirnikləndirib.

Qeyd edək ki, 13 qat dünya çempionu olan norveçli 2010-cu ildə Olimpiada qızıllarına sahib çıxıb.

ETOPAZ

Əvvəlki yazı

Buşar kortlara dönür

Növbəti yazı

PSV Nistelroyu istəyir