Mbappeyə vaxt verdilər
PSJ Kilian Mbappe ilə bağlı qeyri-müəyyənliyə son qoyulacaq tarixi müəyyənləşdirib. Fransa klubunun rəhbərliyi hücumçuya müqaviləni uzadıb-uzatmaması ilə bağlı vaxt verib.
Kilian martın 15-dək yekun qərarını verməlidir. Parislilər forvardın qalacağı və ya “Real”a keçəcəyini dəqiqləşdirməsini istəyir ki, öz yay transfer planlarını buna uyğunlaşdırsın. Mbappenin PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.