Günün kuponu – 24.02.2022
“Real Sosyedad” – “Leypsiq” – QOL/QOL
Meydan sahibləri Avropa Liqasındakı son 6 oyunlarının hamısında qol vurub. 8 oyundur meydanı qolsuz tərk etməyən almanlar isə təkcə son 5 oyunlarında 15 qol vurub. Leypsiqdə hərəyə iki dəfə fərqlənən rəqiblərin bu dəfə də meydanı qolsuz tərk etməyəcəyini proqnozlaşdırmaq olar.
“Reyncers” – “Borussiya” – ÜST
“Siqnal İduna Park”da 4:2 hesabı ilə sensasiyalı qələbə qazanan qlazqolular 14 oyundur ki, ev matçlarında fərqlənir. Almanlar isə nə az, nə çox düz 20 oyundur meydanı qolsuz tərk etmir. “Borussiya” evdəki 2 top fərqi ilə məğlubiyyətin əvəzinə çıxmaq üçün bütün hücum potensialını göstərməyə çalışacaq. İlk matçdakı qol şousunun davam edəcəyini gözləyirəm.
“Bode Qlimt” – “Seltik” – ÜST
Cütün ilk qarşılaşmasında norveçlilər Qlazqo səfərində sensasiyaya imza ataraq 3:1 hesablı qələbə qazandı. Şotlandiya çempionatının lideri rəqibindən daha güclüdü və favoritdi. Digər Qlazqo təmsilçisinin oyunundakı kimi bu qarşılaşmanın da məhsuldar olacağını düşünürəm.