Almaniya klubları 22 ildən sonra ilk dəfə

Almaniya klubları 22 ildən sonra ilk dəfə

Almaniya avrokubokların finalında iki komanda ilə təmsil olunacaq. Çempionlar Liqasının həlledici görüşünə vəsiqə qazanan “Borussiya”nın ardından “Bayer” Avropa Liqasında eyni uğura imza atıb.

Bununla da Almaniya son 22 ildə ilk dəfə finalda iki komanda ilə təmsil olunacaq. Belə hadisə sonuncu dəfə 2001/02 mövsümündə qeydə alınıb. Maraqlıdır ki, 22 il əvvəl də finalda “Bayer”lə “Borussiya” olub. Həmin vaxt leverkuzenlilər Çempionlar Liqasının, Dortmund təmsilçisi UEFA kubokunun həlledici matçında iştirak edib. O zaman Bundesliqa klublarının ikisi də uduzub.

Qeyd edək ki, ümumilikdə 6-cı dəfə Almaniya klubları həm Çempionlar Liqası, həm Avropa Liqasında final oynayacaq.

ETOPAZ

Əvvəlki yazı

“Borussiya”nın transfer hədəfi

Növbəti yazı

Kvaratsxeliya PSJ-nin hədəfində