Sürpriz kupon – 24.02.2022

Sürpriz kupon – 24.02.2022

“Qarabağ” – “Marsel” – QOL/QOL

Futbol tariximizdə ilk dəfə avrokuboklarda pley-offa çıxan Avropa meydanlarındakı qürurumuz “Qarabağ” “Velodrom”da məğlubiyyəti haqq etmirdi. Oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə buraxılan qol komandamızın növbəti mərhələ şanslarını daha da aşağı saldı. Amma ağdamlılar yenə də möcüzəyə ümid edir. Bunun üçün Qurban Qurbanovun komandası qollar vurmalıdı. Prinsipial görüşdə “doğma divarlar” da az əhəmiyyət kəsb etmir. Fransada komanda oyununda rəqibə uduzmadığımızı, qol vuracaq ustalığa malik hücumameylli futbolçularımızın az olmadığını, “Marsel”in müdafiəsinin etibarlılığı ilə seçilmədiyini göz önünə alıb fransızları bu dəfə də məyus edəcəyimizi düşünürəm. Fransadakı səhvlərimizi nəzərə alsaq qonaqların “Tofiq Bəhramov”da qapımıza yol tapa bilməməsi inandırıcı görünmür.

“Braqa” – “Şerif” – QOL/QOL

Yuri Vernidubun komandası təəcübləndirməkdə davam edir. İlk matçda Portuqaliya klubu üzərində 2:0 qələbə Moldova təmsilçisinin növbəti mərhələyə yüksəlməsi üçün ciddi üstünlükdü. “Braqa” cavab qarşılaşmasında hücum etməyə məcburdu, qonaqlar isə müdafiəyə oturub şansını gözləyəcək. Oyun ərzində belə bir şans qazanacaqlarını və istifadə edəcəklərini proqnozlaşdırmaq olar. Aşkar favorit sayılan meydan sahiblərinin də fərqlənəcəyi şübhə doğurmur.

“Olimpiakos” – “Atalanta” – QOL/QOL

Günün sürpriz kuponunda üçüncü oyunda da Qol/Qol variantını seçirəm. Daxili turnirlərdə hegemonluq edən “Olimpiakos” ilk qarşılaşmaya yaxşı başlasa da, üstünlüyünü qoruya bilmədi. Yunanlar ev oyunlarında fantastik azarkeş dəstəyi ilə daha inamlı olur. Təsadüfi deyil ki, Pedru Martinşin komandası bu mövsüm avrokuboklarda bütün ev matçlarında qol vurub. İtaliyadakı ilk matçda əzmkar qələbə qazanan berqamolular səfər qarşılaşmasında da bukmekerlər tərəfindən favorit sayılır. Bu oyunda ən məntiqli variant Qol/Qol görünür.

Anar Şabanoğludan ən son “Sürpriz Kupon”

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Mbappeyə vaxt verdilər

Növbəti yazı

Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizədlər