Mbappedən yeni rekord

Mbappedən yeni rekord

Kilian Mbappe Fransa millisində 50-ci oyununu keçirib. Bu, Millətlər Liqasının ikinci yarımfinal matçında gerçəkləşib.

Hücumçu Belçika üzərində 3:2 hesablı əzmkar qələbə zamanı “100”ü yarılayıb. O, Fransa millisində buna nail olan ən gənc oyunçudur.

Kilian 22 yaş 291 günlüyündə 50-ci matçını keçirib. O, komanda yoldaşı Kərim Benzemanın rekordunu qırıb. Sonuncu  24 yaş 240 günlüyündə 50-ci matçına çıxıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 08.10.2021

Növbəti yazı

Beşinci məğlubiyyət