Mbappe Sizovskinin rekordunu təkrarladı

Mbappe Sizovskinin rekordunu təkrarladı

Fransalı hücumçu Kilian Mbappe daha bir rekordu təkrarlayıb. Liqa 1-in 35-ci turu çərçivəsində “Ayaçço” ilə qarşılaşmada (5:0) dubl edən forvard bu mövsüm vurduğu qolların sayını 25-ə çatdırıb.

Bununla da 24 yaşlı Mbappe İkinci Dünya Müharibəsindən sonra çempionatda dörd mövsümdə ən azı 25 qol vuran ikinci fransız futbolçu olub. O, Tade Sizovskinin uğurunu təkrarlayıb. Sonuncu 1955/56, 1956/57, 1958/59 və 1959/60 mövsümlərində ən azı 25 dəfə fərqlənib.

ETOPAZ

Əvvəlki yazı

Lukakunun “İnter” arzusu

Növbəti yazı

“Neftçi” evdə xal itirdi