Mbappe Messiyə çatdı, Ronaldonu geridə qoydu

Mbappe Messiyə çatdı, Ronaldonu geridə qoydu

Fransa millisinin futbolçusu Kilian Mbappe DÇ-2022-nin iştirakçıları arasında mundiallarda ən çox qol vuran futbolçular arasında 2-ci pilləyə yüksəlib. O, bu gün 2 qol vurmaqla cari mundialda 5-ci dəfə fərqlənmiş olub.

Mbappe 2018-ci ildə Rusiyada keçirilmiş mundialda daha 4 qol vurub. Bu baxımdan qollarının sayını 9-a çatdıran Mbappe Kriştianu Ronaldunu arxada qoyub və Lionel Messiyə çatıb. Ancaq o, Messidən fərqli olaraq, bu nəticəyə cəmi 2 turnirə imza atıb. Mübarizəni dayandırmış Almaniya millisinin hücumçusu Tomas Mülerdən onu cəmi 1 qol ayırır.

ETOPAZ

Əvvəlki yazı

Günün şansı – 06.12.2022

Növbəti yazı

Bellingem tarixə düşdü