Mbappe “300”ə çatdı

Mbappe “300”ə çatdı

Kilian Mbappe klub karyerasında 300-cu oyununu keçirib. PSJ-nin 24 yaşlı hücumçusunun yubileyi Liqa1-in 19-cu turuna təsadüf edib.

O, “Renn”lə görüşdə meydana çıxıb. Mbappe bu müddətdə 218 qol vurub. Bu toplardan 27-si “Monako”da, 191-i PSJ-də qeydə alınıb.

Qeyd edək ki, PSJ “Renn”ə 0:1 hesabı ilə uduzub.

ETOPAZ

Əvvəlki yazı

“Çikaqo”dan seriyaya son

Növbəti yazı

“Top-10” dəyişməz qaldı